ABŞ və Çin dövlət başçıları yenə danışacaqlar

28.08.2024 22:16     Dünyadan reaksiya     473

Yaxın vaxtlarda dünyanın iki ən böyük iqtisadiyyatına rəhbərlik edən şəxslər – ABŞ və Çin dövlət başçıları arasında yeni danışıqlar baş tutacaq. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə razılaşma Çinin baş diplomatı Vanq Yi və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan arasında Pekində keçirilən görüşdə əldə olunub.

İki tərəf, həmçinin komandanlar arasında "uyğun zamanda" Vaşinqtonun Tayvan boğazı kimi bölgələrdə qarşıdurmanın qarşısını ala biləcəyinə ümid etdiyi videozəng formatında danışıqlar keçirməyə razılaşıb.
Qeyd edək ki, bu gün Sallivan və Vanq arasında noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilər öncəsi iki supergüc arasında gərginliyi azaltmaq məqsədi daşıyan danışıqların ikinci günüdür.
Görüşlər günün sonuna qədər qədər davam edəcək və iki ölkənin razılaşa bilmədiyi bir sıra sahələr, o cümlədən ticarət, Yaxın Şərq, Ukrayna və Çinin Tayvandan Cənubi Çin dənizinə ərazi iddiaları ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Reuters-in Çin mediasına istinadən verdiyi məlumata görə, Vanq Sallivana ABŞ-ın “Tayvanı silahlandırmağı dayandırmalı və Çinin dinc yolla birləşməsini dəstəkləməli” olduğunu deyib və əlavə edib ki, “Tayvan Çinə məxsusdur və Tayvanın müstəqilliyi Tayvan boğazında sülh və sabitlik üçün ən böyük riskdir".

Vang həmçinin Pekinin ABŞ-ın Çin çip istehsalçılarını hədəf alan bir sıra na tarifləri və ixrac nəzarətini bəyənmədiyini ifadə edərək, Vaşinqtonun "Çinin qanuni maraqlarını təhlükə altına atmağı dayandırmalı olduğunu" deyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar