ABŞ inandırdı: Daha bir türk dövləti Rusiyaya qarşı sanksiyalara qoşuldu

30.08.2024 11:30     Dünyadan reaksiya     394

Amerika Maliyyə Nazirliyi keçmiş SSRİ ölkələrinin banklarını ruslara qarşı sanksiyaları sərtləşdirməyə inandırdı.

Daha sürətli ödənişlər sistemi vasitəsilə rublla əməliyyatları dayandıran onlarla Qırğızıstan bankının ardınca qazax bankirləri də prosesə qoşulublar.

“The Moscow Times” xəbər verir ki, “HalykBank”, RBK, “Freedom Bank” və “Avrasiya Bank” “texniki səbəblərə” görə “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrini dayandırıb.

Avqustun 23-də ABŞ Maliyyə Nazirliyi “Zolotaya Korona” üçün proqram təminatı hazırlayan Maliyyə Texnologiyaları Mərkəzinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər ödəniş sisteminin özünə təsir etməyib.

Ardınca yerli “Citibank” müştərilərə xəbərdarlıq edib ki, rubl hesabları ilə işləməyi dayandıracaq. Bank “Frank Media”ya təsdiqləyib ki, şirkətlər sentyabrın 24-dək rubl hesablarını bağlamalıdırlar və bank həmçinin valyutanın rubla çevrilməsini dayandırmaq niyyətindədir.

“CenterCredit Bank” oktyabrdan Rusiyaya dollar və avro ilə köçürmələri dayandıracaq. Qazaxıstan gizli şəkildə Rusiyaya qarşı maliyyə məhdudiyyətləri tətbiq etdikdən sonra Avropa İttifaqı, ABŞ və Kanadaya uçuşlara köhnə qadağalar aradan qaldırılmağa başladı. Mayın 15-də Avropa Komissiyası 27 ölkənin aviasiya orqanlarının iştirakı ilə Qazaxıstana Aİ ölkələrinə uçmağa icazə verib. Bu həftə məlum oldu ki, eyni məhdudiyyətlər Kanada və ABŞ-a uçuşlarda da qaldırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar