“Türkləri buraya basdırdıq” - Yunandan şok etiraf - FOTOLAR
26.08.2015 14:31 Dünyadan reaksiya 2104
Kiprdə 1963-cü ildə ortadan qeyb olan və 52 il ərzində xəbər alınmayan Şevket Kadir və İbrahim Nidai adlı türklərin dəfn olduğu yer İtkin Şəxslər Komitəsinə gələn bir donos sayəsində meydana çıxıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Şimali Kipr mətbuatı yayıb.
Məlumata görə, Kadir və Nidainin basdırılmasına bir yunan kömək edib. 85 yaşlı o şəxs mart ayında komitədə 2 yunanı axtaran zaman böyük vicdan əzabı duyub və türklərin dəfn olduğu yeri deyib.
Adı gizli saxlanılan yunan Şevket Kadir və İbrahim Nidaini öldürmədiyini, ancaq dəfnlərinə yardım etdiyini qeyd edib.
“Vatan” qəzeti yazır ki, yunanlar türkləri bir kömür ocağında edam etdikdən sonra avtomobillərilə birgə çuxurlardan birinə basdırıblar.
İtkilər Komitəsinin 4 aydan çoxdur davam edən yer təyin etmə işlərindən 10 gün sonra başlanılan qazıntı işlərində avtomobil tapılıb.
Komitənin rəsmiləri bildirib ki, Kadir və Nidainin sümükləri üzə çıxıb, ancaq o sümüklərin həmin şəxslərə aid olub-olmaması DNT testindən sonra bəlli olacaq.
Şevket Kadirin BRT kanalında idman redaksiyasında çalışan oğlu Salahi Uçkan atasının qalıqlarının tapılmasından sonra yerli mətbuata açıqlama verib: “Hiss edirəm ki, atam sanki bu gün ölüb”.
Kibrıslı jurnalist Serhat İncirli “Vatan” qəzetinə deyib ki, İtkinlər Komitəsi daha əvvəl də itkin düşən bir çox insanların qəbirlərini tapıb.
Qeyd edək ki, bu Komitə 1981-ci ildən bəri fəaliyyət göstərir. Komitənin əlində 1508 yunan, 493 isə türk mənşəli, ümumilikdə 2001 itkin haqda dosye var.
İtkinlərdən bu ana qədər 451 yunanın, 144 türkün məzarları tapılıb.
Komitənin minə yaxın qazıntı işlərində 969 nəfərə aid qalıqlar üzə çıxıb.
Şərhlər