İran ABŞ-a xəbərdarlıq etdi: Şərik olacaqsınız

22.10.2024 17:21     Dünyadan reaksiya     231

ABŞ İsrailin Tehrana qarşı istənilən təcavüzünə şərik olacaq.

Bu barədə İranın BMT-dəki missiyası bəyan edib.

“ABŞ İsrailin İran İslam Respublikasına qarşı hər hansı təcavüz aktının qızışdırılmasındakı roluna, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün fəlakətli nəticələrə görə tam məsuliyyət daşıyacaq”, - İran missiyasının məktubunda deyilir.

İran missiyası oktyabrın 18-də Berlində keçirdiyi brifinqdə ABŞ prezidenti Co Baydeni “İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünə açıq dəstək verməkdə” ittiham edib.

Məktubda həmçinin BMT Təhlükəsizlik Şurasından “birmənalı şəkildə bu ehtiyatsız təxribatı pisləməyə” və ABŞ-dan “İsraili Qəzzada müharibəyə və Livandakı hücumlara dərhal son qoymağa məcbur etmək üçün öz əhəmiyyətli təsirindən istifadə etməyi” tələb etməyə çağırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar