Rusiya qadağa qoydu: Tramp haqqında film yayımlanmayacaq
11.11.2024 15:01 Dünyadan reaksiya 145
“Trampın yüksəlişi” bioqrafik filmi Rusiyada yayımlanmayacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə RBC Life "Atmosfera Kino" distribütor şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Rejissor Əli Abbasinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüksəlişindən bəhs edən filmi yayım sertifikatı almayıb. Filmin Rusiya kinoteatrlarında nümayişindən imtinanın səbəbi açıqlanmayıb.
Filmin ilkin olaraq noyabrın 14-də premyerası olmalı idi. Filmin noyabrın 12-nə planlaşdırılan mətbuat nümayişi də ləğv edilib.
Şərhlər