Trampın Ukrayna ilə bağlı 3 planı var

04.12.2024 15:44     Dünyadan reaksiya     1013

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna ilə bağlı 3 müxtəlif variantı gözdən keçirir.

"Reaksiya.azxəbər verir ki, onlardan birini ölkənin gələcək vitse-prezidenti Ceyms Devid Vens hazırlayıb.

Məlumata görə, Tramp Vensin planından əlavə, köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə olaraq müəyyən etdiyi Keyt Kelloqun, eləcə də Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenellin təkliflərini gözdən keçirir.

Vens və Qrenellin layihələrinin məzmunu dəqiqləşdirilməyib, lakin gələcək vitse-prezidentin Ukrayna hakimiyyətinə yardım göstərilməsinə qarşı çıxdığı, Ukraynanın NATO-ya üzvlüyünü rədd etdiyi məlumdur. Vensin planında Ukrayna ilə sərhəddə silahsızlaşdırılmış zonanın yaradılmasının yer aldığı bildirilir.

Qrenellə görə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ABŞ-ın maraqlarına cavab vermir, lakin keçmiş kəşfiyyat rəhbəri Ukraynanın şərqində muxtar zonaların yaradılmasını dəstəkləyir. Qrenell bu ilin sentyabr ayında Nyu-Yorkda Tramp və Volodimir Zelenski arasında keçirilən görüşün iştirakçılarından biri olub.

Lakin Kelloqun planının təfərrüatları artıq məlum olub. O, Rusiya Federasiyasının danışıqlara razı olmadığı təqdirdə Ukraynaya yardımı artırmağı təklif edir. Lakin bu, ABŞ Konqresində mənfi reaksiyaya səbəb ola bilər, çünki Trampın ən yaxın müttəfiqlərindən bəziləri Ukraynaya əlavə hərbi yardımın əleyhinədir.

Şərhlər

Çox oxunanlar