Dəməşqdəki məsciddən Xomeyninin adı götürüldü

17.12.2024 13:56     Dünyadan reaksiya     193

Suriyanın paytaxtı Dəməşq şəhərində İranın inşa etdiyi "Xomeyni" məscidinin adı dəyişdirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.

Məlumata görə, məscid "Seyyidə Aişə" adlandırılıb və İrana məxsus bütün atributlar yığışdırılıb.

İranın həmin məsciddən siyasi-ideoloji təbliğat mərkəzi kimi istifadə etdiyi bildirilir.

Şərhlər

Çox oxunanlar