Ukraynada müharibə bitir? - “Putinlə Zelenski telefon danışığı aparacaq”
07.02.2025 16:29 Dünyadan reaksiya 481

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün plan hazırlayıb.
Bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazır.
Nəşrin mənbələrinə görə, Tramp ukraynalı həmkarı Volodimir Zelenskini Pasxa bayramına qədər Rusiya ilə atəşkəslə razılaşmağa inandırmaq niyyətindədir.
“Aprelin 20-dək atəşkəsin bağlanması ehtimalı siyasi və diplomatik dairələrdə müzakirə olunur. Plana Ukraynanın NATO-ya qoşulmasına qadağa, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin tanınması və Moskvanın hücumunun dayandırılması daxildir.
Həmin plana görə, Ukrayna qoşunları da Rusiyanın Kursk vilayətini tərk etməli olacaq və Avropa qoşunları demilitarizasiya zonasına nəzarət edəcəklər. ABŞ öz qoşunlarını göndərmək niyyətində deyil. Avropa İttifaqının Ukraynaya yenidənqurma üçün 486 milyard dollar ayıracağı təxmin edilir”, - məlumatda deyilir.
Nəşrin fikrincə, sülh prosesi bu ay Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı ilə başlayacaq, ardınca martda görüş keçiriləcək və müharibənin rəsmi başa çatması mayın 9-da elan oluna bilər. Amma Zelenskinin ofisi bu məlumatı təkzib edərək, rəsmi planlarının olmadığını bildirib. Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak bu cür iddiaları “manipulyasiya” adlandırıb.
Şərhlər