Ərdoğan kənd nümayəndələrilə bir araya gəldi - VİDEO
26.08.2015 16:17 Dünyadan reaksiya 1984
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında keçirilən 10-cu Kənd Nümayəndələrinin Toplantısında canlı olaraq danışır.
Reaksiya.az xəbər verir ki, o, Türkiyənin çox gözəl olduğunu, amma çətin bir coğrafiyaya malik bölgədə yerləşdiyini bildirib:
“Bu çətinliklər bəzən fəlakətə çevrilə çevrilər. Artvində baş verən sel fəlakəti bunun bir nümunəsidir.
Həyatını itirən vətəndaşlarımıza rəhmət diləyirəm. Seldən əziyyət çəkən vətəndaşalarımıza keçmiş olsun diləyirəm. Lazım olan hər şey edilir.
Aldığım qərarlar konstitusiyada bir məcburiyyətdir. Konstitusiyanın verdiyi səlahiyyətə əsaslanaraq seçkilərin yenilənməsi qərarını almaq məcburiyyətində qaldım.
O insanlar millətin iradəsi ilə seçilmiş insanlardır. Millətimizin dəstəyi davam etdikcə ölkəmizə xidmət etməyə davam edəcəyik.
Proseslə bağlı səmimi fikirlərimi ifadə etdim. Bütün siyasi partiyaları saçılan işıqda özünü bir kənara qoymağa dəvət etdim. 7 iyundan sonra Türkiyənin bir an əvvəl hökumət qurmasısı üçün səmimi arzularımı ifadə etmişəm. Konstitusiya prosesində hərf-hərf işlənən bir mövqe içərisində oldum.
Bəziləri Beştepe yolunu bilmirlər, ona nəyi tapşıracaqdım. Konstitusiyada qeyd olunan 45 günlük müddət bitəndə seçkilərin yenilənməsi prosesinə başladım. YSK seçki tarixini 1 noyabr olaraq açıqlayıb, millətimizə xeyirli olmasını arzulayıram.
Mənə o fikirləri qəbul edənlər əvvəl güzgüyə baxsınlar. Mən bu məqama millətin iradəsi ilə gəlmişəm. Onlar keçmişə qayıtmaq istəyirlər. Prezidentinin vəzifə sahəsi məlumdur. Bu vəzifə daxilində hərəkət edirəm. Mənə qarşı yönəltdikləri tənqidləri düzgün deyil.
Bu seçkiyə mən girməyəcəyəm, siyasi partiyalar girəcək. Mənimlə alış-verişləri nədir görəsən?”.
Şərhlər