Netanyahu müharibəyə son qoymaq üçün şərtini açıqladı
07.02.2025 16:37 Dünyadan reaksiya 471

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda keçirdiyi görüşlər zamanı Fələstinin HƏMAS qruplaşması liderləri hakimiyyətdən imtina edəcəkləri təqdirdə Qəzza zolağında müharibəni dayandırmağa hazır olduğunu bildirib.
Bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən yazır.
Netanyahu HƏMAS-ın hakimiyyətdə olduğu müddətdə Qəzzanı müharibədən sonrakı plana aparan yol görmür. Materialda deyilir ki, əgər qruplaşmanın liderləri "sürgünə getsələr", bu, ABŞ-ın “Qəzzanı ələ keçirməsi” də daxil olmaqla gələcək planların qapısını aça bilər.
ABŞ-da keçirilən görüşdə İsrailin baş naziri prezident Donald Tramp və komandası ilə girovların azad edilməsi və atəşkəs razılaşmasından sonra necə irəliləyəcəyi barədə anlaşmaya nail olmaq istəyib.
Axios mənbələri bildiriblər ki, Trampın müşavirləri Netanyahu ilə sazişdə bəzi dəyişikliklərə ehtiyac olduğu məsələsində razılaşıblar.
Şərhlər