Tramp aranı qarışdırdı: Rusiya bəzi əraziləri geri qaytarır?
27.02.2025 15:24 Dünyadan reaksiya 550

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiyanın ələ keçirdiyi ərazilərin Ukraynaya qaytarılması ilə bağlı bəyanatına reaksiya verib.
Bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
“Sözügedən bəyanat danışıqlar prosesinə təsir etməyəcək. Bu məsələ ilə bağlı qərarların verilməsi də asan deyil. Lakin indiki Vaşinqton administrasiyası dinləməyi bacarır. ABŞ və Rusiya siyasi iradəsini qorusa, bir-birini eşitməyə hazır olsalar, bu prosesdən keçə biləcəyik”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin heç olmasa bir hissəsini qaytara biləcəyini deyib. O, bunun asan olmayacağını da vurğulayıb.
Şərhlər