Rusiya Sumını bombaladı: ABŞ Ukraynaya mesaj verir?
14.04.2025 12:51 Dünyadan reaksiya 169

Rusiyanın Sumıya hücumu Trampın 30 günlük atəşkəs “uğurunun” nəticəsiz olduğunu təsdiq etdi. Putin Trampın “atəşkəs təklifini” qəbul edəndə də yazmışdıq: Rusiya sülhdən qaçan tərəfə çevrilməmək və ABŞ-ın təzyiqindən yayınmaq üçün buna razı oldu, lakin tərəflər – Rusiya və Ukrayna bir-birini “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün qarşılıqlı hücumlara davam edəcəkdi və razılaşmanın əldə edilməsindən sonra hücumlar səngimədi;
Sumı hücumu nəticlərinə görə daha dəhşətlidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-ın reaksiyası oldu. Vaşinqtondan verilən açıqlamalarda – Rubio və Kollequn bəyanatlarında Rusiya qınanılsa da, “Tramp müharibəni məhz buna görə dayandırmağa çalışır” sözləri xüsusi olaraq vurğulanır. Birmənalı qarşılanmayan fikirdir, çünki ABŞ müharibəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına dayandırmaqdan bəhs edir. Bu kontekstdə sual yaranır:
- Vaşinqtonun Sumı hücumuna münasibəti Kiyevə “sülhə razılaşmasanız, şəhərləriniz bombalanmağa davam edəcək” mesajıdır?
- Yaxud Ukraynada şəhərlərin bombalanması, mülki insanların ölümü Kiyevin gündəmdəki sülh planına razı salınması baxımından ABŞ-ın marağındadır?
Müharibənin günahkarı Tramp deyil, lakin mülki insanların ölümü Ağ Evdə əyləşənlər üçün təfərrüat kimi görünür.
Şərhlər