Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula getməyi düşünür

12.05.2025 20:02     Dünyadan reaksiya     72

ABŞ Prezidenti Donald Tramp Rusiya- Ukrayna görüşünün keçiriləcəyi İstanbula getməyi düşündüyünü bəyan edib. Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, o, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında görüşün keçiriləcəyi İstanbula səfər etməyi düşünür.

"İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik, inanıram ki, hər iki lider orada olacaq", - Tramp vurğulayıb.

Reaksiya.az

Şərhlər