Yaponiya ABŞ-dan tələb etdi - "Dinləmələr araşdırılsın"

26.08.2015 18:11     Dünyadan reaksiya     2446

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Barak Obamadan Yaponiyanın ABŞ tərəfindən dinlənilməsi iddiasının araşdırmasını istəyib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Kyodo Xəbər Agentliyi verib.

Abe və Obama arasında telefon danışığında Wikileaksin ABŞ Milli Təhlükəsizlik Agentliyinin Yaponiya rəsmilərini və şirkətləri dinlədiyi iddiaları gündəmə gəlib.

Hökumət sözçüsü Yoşihide Suga mətbuata verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Barak Obamanın Abeyə zəng edib və 40 dəqiqə danışıblar.

Suga həmçinin qeyd edib ki, Abe Obamaya "Əgər bu iddialar doğrudursa, iki ölkə arasında etimad münasibətləri sarsılacaq" deyib. Prezident Obama isə bu iddialarla bağlı üzüntüsünü dilə gətirdiyini söyləyib.

Qeyd edək ki, Wikileaks əvvəllər də internet saytından ABŞ-ın Fransa, Almaniya və Braziliyada casusluq fəaliyyətləri apardığına dair sənədləri ictimaiyyətə təqdim edib.

Şərhlər

Çox oxunanlar