Dugin çağırış etdi: Bunlar olduqca qorxuncdur!
13.05.2025 19:31 Dünyadan reaksiya 74

Rusiyalı filosof Aleksandr Dugin Rusiyanı özünə gəlməyə və müharibədə həqiqətən qalib gəlmək üçün düşünməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Hələ çox iş görülməyib. Bütün bunlar olduqca narahat və qorxuncdur. Zelenski və onun avropalı tərəfdaşları Putinin İstanbulda birbaşa danışıqlar aparmaq təklifini rədd edəcək. Minsk dövrü isə keçib. Düşmənlə başqa bir şeydə razılaşmaq mümkün olmayacaq, ona görə də Rusiyanın sövdələşmə deyil, real qələbəyə nail olmaq üçün nəsə etmək barədə düşünməsinin vaxtı çatıb. Bütövlükdə ideologiyanı müəyyənləşdirmişik. İndi söhbət iqtisadiyyatın, bürokratiyanın, sənayenin, maliyyə siyasətinin və enerji sektorunun yenidən qurulması və səfərbər edilməsindən gedir”, - Dugin bildirib.
O qeyd edib ki, dünyada vəziyyət durmadan qızışır, qlobalistlər var gücləri ilə ABŞ Prezidenti Donald Trampın Amerikanı əvvəlki əzəmətinə qaytarmaq layihəsini pozmağa çalışır:
“Onlar Vaşinqtonu birbaşa Ukraynada, Yaxın Şərqdə və ya Cənub-Şərqi Asiyada münaqişəyə sürükləyərək Trampın bütün sülhməramlı səylərini heçə endirməyə çalışacaq. Məqsəd Trampı intihar təhlükəsinə sürükləmək, uğursuzluğu təmin etmək və bütün günahı Ağ Evin üzərinə atmaqdır”.
Şərhlər