Rusiya və Ukrayna yeni görüşlə bağlı razılığa gəlib - Hakan Fidan

16.05.2025 19:31     Dünyadan reaksiya     76

Rusiya və Ukrayna mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra yeni görüşlə bağlı razılığa gəlib.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirdilər. Tərəflər yeni görüşlə bağlı prinsipial razılığa gəliblər”, - H. Fidan bildirib.

O əmin edib ki, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

Qeyd edək ki, İstanbulda aparılan danışıqlarda tərəflər “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Kiyev və Moskva atəşkəs rejiminin yaradılması ilə bağlı bir-birlərinə konkret təkliflər təqdim etməyə razılaşıblar. Onun sözlərinə görə, bundan sonra əlaqələr davam edəcək. 

Medinski qeyd edib ki, Rusiya tərəfi nəticədən razıdır və əlaqələri davam etdirməyə hazırdır.

Reaksiya.az

Şərhlər