Avropaya üz tutanların faciəvi sonu

27.08.2015 00:58     Dünyadan reaksiya     1985

Liviya sahillərində tapılan qayıqdan 50 miqrantın cəsədi aşkarlanıb.

Reaksiya.az bu barədə xarici mətbuata istinadən məlumat verir.

Miqrantların cəsədi İtaliya xilasediciləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tapılıb. Xilasedicilər 430 insanı xilas edə bilib.

Hazırda həyata keçirilən xilasedici əməliyyat davam etdirilir.

Verilən ilkin məlumata görə bu qədər insanın ölümünə səbəb qayıqdan çıxan zəhərli tüstü olub. Araşdırmalar davam edir.

Şərhlər