Pakistanın Baş naziri gələn həftə Azərbaycana səfərə hazırlaşır
22.05.2025 18:29 Dünyadan reaksiya 1989

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.
Report xəbər verir ki, bu barədə "Dailytimes" məlumat yayıb.
Səfər Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstək qazanmaq məqsədi daşıyır.
O, Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksək səviyyəli liderləri ilə görüşəcək.
Şərhlər