1000 əsrin 1000 ilə dəyişdirilməsi - Zelenskinin vacib açıqlaması

22.05.2025 18:53     Dünyadan reaksiya     67

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən görüşdən sonra əldə olunan əsas nəticənin məhz 1000-ə 1000 formatında əsir mübadiləsi olduğunu bildirib.

Reaksiya.az xəbər verir ki, Zelenski qeyd edib ki, bu razılaşmanın icrası üçün genişmiqyaslı təşkilati işlər aparılır.

Zelenskinin sözlərinə görə, Ukrayna Müdafiə Naziri Ümerov mübadilə prosesinin təşkilatına və razılaşmanın yerinə yetirilməsinə nəzarət edir. Bu işdə Ukrayna Hərbi Kəşfiyyatı, Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi, Ali Radanın İnsan Hüquqları üzrə Məmuru və Prezident Ofisinin komandası yaxından iştirak edir.

Ukrayna rəhbərliyi mübadilədə yer alan hər bir şəxsin detalları ilə bağlı Rusiyanın təqdim etdiyi siyahıları diqqətlə araşdırır və təhlil edir. Bu isə mübadilənin şəffaf və dəqiq həyata keçirilməsi üçün önəmli addım kimi qiymətləndirilir.(Musavat.com)

Reaksiya.az

Şərhlər