Bortnikov istefaya çağırıldı: Tamamilə biabırçılıqdır...

03.06.2025 16:25     Dünyadan reaksiya     3474

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin Krım körpüsünü partlatması fonunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun istefası gündəmə gəlib.

Artıq Kremlə yaxın Teleqram kanalları bu hadisənin baş verməsində FTX rəhbərliyini günahlandırırlar.

“Bu, tamamilə biabırçılıqdır. Bortnikov getməlidir”, - “Kremlyovskaya Tabakerka” kanalı yazıb.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti iyunun 1-də Rusiyanın hərbi aerodromlarına qarşı “Hörümçək toru” əməliyyatı həyata keçirmiş və nəticədə Rusiyanın strateji bombardmançıları da daxil olmaqla, 41 təyyarəsi məhv edilmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar