İstanbulda Rusiya Ukraynanı hədələdi: “Hörümçək toru”...
03.06.2025 16:27 Dünyadan reaksiya 200

İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanı “Hörümçək toru” adlı əməliyyatları təkrarlayacağı təqdirdə sülh prosesinin pozulması ilə hədələyib.
Bu barədə "Ukrainskaya Pravda" Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş olsa da, Rusiya əsasən ikinci dərəcəli məsələlərə fokuslanır və sülh prosesini uzatmağa çalışır.
Onun sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Xidmətinin “Hörümçək əməliyyatı” da görüşə təsir edib. Əməliyyat nəticəsində rus işğalçıların strateji aviasiyası məhv edilib:
"Rusiya tərəfi açıq şəkildə qeyd edib ki, belə addımlar istənilən danışıqları pozaraq döyüşlərin davam etməsinə səbəb ola bilər”.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın 4 hərbi hava bazasına keçirdiyi PUA hücumu nəticəsində 41 təyyarə məhv edilib.
Şərhlər