Avropa liderləri Rusiya ilə sülhdən qaçırlar: səbəbi var

23.10.2025 16:46     Dünyadan reaksiya     65

“Moskva ilə dialoqdan imtina sülh ümidindən imtinadır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. 

Onun sözlərinə görə, Avropa liderləri “hərbi psixozdan” əziyyət çəkirlər və bu, sülhə ciddi şəkildə mane olur:

“Avropada siyasi qüvvələr sülhə gətirəcək hər bir təşəbbüsdən qaçmağa çalışır. Bunun əsas səbəbi Avropanın hazırda müharibə psixologiyası ilə idarə olunmasıdır. Moskva ilə enerji əməkdaşlığı ideologiya ilə bağlı deyil, çünki Rusiya resursları olmadan Avropa İttifaqı enerji tələbatını ödəyə bilməz. Rusiya mənbələrindən imtina edilsə, mövcud infrastruktur enerji tələbatını qarşılamaq üçün kifayət etməyəcək. Buna görə də, bu məsələ siyasət və ideologiya ilə deyil, sırf fiziki və iqtisadi reallıqlarla bağlıdır. Nə siyasət, nə də ideologiya vasitəsilə binaları qızdırmaq, soyutmaq və ya zavodları işə salmaq mümkündür”.

Reaksiya.az

Şərhlər