Paşinyan çevriliş təhlükəsini önləməyə çalışır – “Seçkiləri irəli çəkə bilər...
31.10.2025 14:49 Dünyadan reaksiya 241
 
        “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər”.
“AzPolitika” bilidiri ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanda baş verən hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər: “Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da Baş nazir müxtəlif üsullarla nüfuzdan salır. Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir”.
Ekspert hesab edir ki, bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. “Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi”, - E.Şahinoğlu vurğulayıb.

 
                                             
                                             
                                             
                                             
                                            






Şərhlər