Rusiya Ukraynaya qarşı dəhşətli raketi İŞƏ SALDI – Sibiqadan HƏYƏCANLI AÇIQLAMA
31.10.2025 14:55 Dünyadan reaksiya 212
 
        Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Ukraynaya qarşı nüvə başlığı daşıya bilən 9M729 raketindən istifadə etdiyini bildirib.
Bu barədə nazir "Reuters" agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, buraxılışlar 21 avqustda, Alyaskada Tramp-Putin görüşündən bir neçə gün sonra başlayıb və ümumilikdə 23 raket buraxılıb.
2022-ci ildə də iki belə buraxılış qeydə alınıb.
Qeyd edək ki, bu raketin hazırlanması ABŞ-ın 2019-cu ildə Rusiya ilə nüvə silahlarına nəzarət müqaviləsindən çıxmasına səbəb olub.
O vaxt Vaşinqton raketin 500 km-dən artıq məsafəyə uçduğunu iddia edirdi, Moskva isə bunu təkzib etmişdi. Lakin indi raketin 1200 km məsafəyə çatdığı təsdiqlənib, ekspertlər isə onun uçuş məsafəsini 2500 km-ə qədər qiymətləndirirlər.
Qərb analitiklərinin fikrincə, 9M729-un istifadəsi Avropaya birbaşa siqnal kimi dəyərləndirilir.

 
                                             
                                             
                                             
                                             
                                            






Şərhlər