Mirzoyandan yekun sülh sazişi ilə bağlı açıqlama

14.11.2025 15:57     Dünyadan reaksiya     202

Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə bildirib.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib:

 

“Ölkələrimizin hər biri ayrı-ayrılıqda, eləcə də böyük potensiala malik bütün Cənubi Qafqaz regionu bir-biri ilə və digər regionlarla əlaqələri gücləndirməlidir. Bu kontekstdə “Sülh yollarının kəsişməsi” layihəsi yeni deyil. ABŞ Prezidentinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, fikrimizcə, regionun inkişafına öz töhfəsini verəcək. Ermənistanla Azərbaycan arasında infrastruktur, ərazi bütövlüyü prinsiplərinə və digər yanaşmalara əsaslanan Ermənistanda “Tramp marşrutu” bizə tərəqqi üçün çoxlu imkanlar verir, həmçinin sabitliyi təmin edir”.

Görüşdə Ermənistanla Türkiyə arasında münasibətlərdə pozitiv dinamika qeyd olunub.

Şərhlər