Daha bir ölkə İrana uçuşları dayandırdı

09.01.2026 17:16     Dünyadan reaksiya     362


Bu gün İranda mövcud gərginlik fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bu ölkəyə uçuşlar dayandırılıb. Dubaydan Tehran, Şiraz və Məşhəd daxil olmaqla bir neçə İran şəhərinə bu günə planlaşdırılan reyslər ləğv edilib.

 BƏƏ-nin “Flydubai” aviaşirkəti bu gün nəzərdə tutulan bütün uçuşları ləğv etdiyini açıqlayıb. Aviaşirkət vəziyyəti diqqətlə izlədiyini və uçuş cədvəlində hər hansı dəyişikliklə bağlı qərarın sonrakı mərhələdə veriləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Türk Hava Yolları və AZAL şirkəti də Bakı-Tehran reyslərinin ləğv etdiyini elan etmişdi. Uçuşların dayandırılması bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir.

Reaksiya.az

Şərhlər