Zalujnı: Rusiya müharibəni bitirməyə yox, uzunmüddətli qarşıdurmaya hazırlaşır

09.01.2026 17:17     Dünyadan reaksiya     463

Rusiya hazırkı mərhələdə müharibənin başa çatmasına deyil, uzun sürən qarşıdurmaya fokuslanıb.

Musavat.com xəbər verir ki, bu fikirləri Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı səsləndirib.

Onun sözlərinə görə, hazırda intensiv tükəndirmə müharibəsi gedir və bu proses sürətli elmi-texniki inkişaf fonunda davam edir.

“Biz elmi-texniki tərəqqinin sürətləndiyi, son dərəcə gərgin tükəndirmə müharibəsi müşahidə edirik. Ötən gecə baş verən atəşlər də bunun növbəti təsdiqidir”, — deyə Zalujnı qeyd edib.

Ukraynalı diplomat vurğulayıb ki, Rusiya hərbi və texnoloji imkanlarını uzunmüddətli perspektiv üçün səfərbər edir və bu, təhlükəsizlik baxımından ciddi çağırış olaraq qalır.

Şərhlər