İran Türkiyəni hədələdi – ABŞ bazaları legitim hədəf elan edildi
16.01.2026 14:56 Dünyadan reaksiya 196
İran ABŞ tərəfindən hər hansı hücum olacağı təqdirdə bölgədəki Amerika hərbi obyektlərinə cavab zərbələri endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Xüsusilə Adanadakı İncirlik Hava Bazası və Malatya vilayətindəki Kürecik radar bazasının adı mümkün hədəflər sırasında çəkilir.
İran rəsmilərinin açıqlamalarında Türkiyə, Qətər və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazaları “legitim hədəf” kimi təqdim olunub.
İranın Türkiyədə yerləşən ABŞ hərbi obyektlərini hədəf ala biləcəyi ehtimalı Türkiyə mediasında geniş müzakirə olunur və ölkə gündəminin əsas mövzularından birinə çevrilib. İncirliklə yanaşı, NATO-nun raketdən müdafiə sisteminin əsas elementlərindən biri olan Kürəcik radar bazasının da gündəmə gəlməsi təhlükəsizlik narahatlıqlarını artırıb.








Şərhlər