Pəhləvi ABŞ-ı İranı bombalamağa çağırdı

27.02.2026 15:44     Dünyadan reaksiya     242

ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə mümkün hücumu İran hökumətini zəiflədə və xalq üsyanı üçün yeni bir fürsət yarada bilər.

Bunu Rza Pəhləvi ABC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, İran etirazçılarının bir çoxunun tələbidir.

Pəhləvi Amerikanın hücumunu İran xalqının həyatını qorumaq üçün bir növ “humanitar müdaxilə” ola biləcəyini bildirib.

Pəhləvi hökumətin süqut edəcəyi təqdirdə demokratik keçidi dəstəkləmək üçün tədbirlər görəcəyini söyləyib.

Reaksiya.az

Şərhlər