Şok qərar: Rusiya raket istehsalını Moskvadan Sibirə qaçırır
02.04.2026 15:58 Dünyadan reaksiya 229
Rusiya raket sənayesində diqqətçəkən dəyişikliklər başlayır.
Rusiyanın Xruniçev adına Raket-Kosmik Mərkəzinin istehsal güclərinin Moskvadan digər regionlara köçürülməsi planlaşdırılır.
RBK-nın məlumatına görə, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Bakanov açıqlama verib. Onun sözlərinə görə, əsas istehsal sahələri Omsk şəhərinə, raket mühərriklərinin istehsalı isə Moskva vilayətinin Ximki şəhərindən Permə köçürüləcək.
Bakanov bildirib ki, Moskva ətrafında istehsalın saxlanılması yüksək xərclərə görə artıq sərfəli deyil. Bununla belə, “Enerqomaş” konstruktor bürosu Ximkidə fəaliyyətini davam etdirəcək, mühərriklərin istehsalı isə “Perm mühərrikləri” zavodunda həyata keçiriləcək.
Qeyd edək ki, istehsalın qismən Omska köçürülməsi planı hələ yanvar ayında da açıqlanmışdı və bu addımın əsas səbəbi raketlərin maya dəyərinin azaldılması kimi göstərilmişdi.
Xruniçev Mərkəzi Rusiyanın kosmik sənayesində əsas müəssisələrdən biri hesab olunur və “Proton” və “Anqara” raketlərinin istehsalı ilə məşğuldur. Bununla belə, müəssisənin maliyyə baxımından zərərli olduğu və daha əvvəl işçi ixtisarlarının da müzakirə edildiyi bildirilir.
Eyni zamanda, müəssisə Avropa İttifaqının sanksiyaları altındadır. Bu, onun istehsal etdiyi bəzi məhsulların Rusiya hərbi sənayesində istifadə olunması ilə əlaqələndirilir.








Şərhlər