Abdullah Öcalan ilə bağlı sürpriz iddia

27.08.2015 11:59     Dünyadan reaksiya     1949

CNN Türkdə Başak Şengülün təqdim etdiyi “Ağıl Çevrəsi” proqramında iştirak edən türkiyəli alim Ramazan Topdemir əhəmiyyətli bir açıqlama verib.

Reaksiya.az xəbər verir ki, Topdemirin fikrincə, seçki hökumətində HDP-dən olan millət vəkillərinin nazir olması faktı kürd cəmiyyətində siyasi nailiyyət kimi şərh olunacaq: “Onlar bunu AKP ilə buzların əriyəcəyi kimi iddia edəcək. Nəticədə Öcalan təşəbbüsü ələ alaraq səhnəyə çıxacaq”.

Topdemir fikirlərini belə tamamlayıb: "Kürdlər üçün bu, bir təcrübədir. Çov böyük ehtimalla, 1 sentyabrda Dünya Sülh Günündə Öcalan “Silahları buraxın” deyəcək və sülh çağırışı edəcək".

Şərhlər

Çox oxunanlar