İranla 15 maddəlik razılaşma... - Tramp

09.04.2026 19:00     Dünyadan reaksiya     146

İranla 15 maddəlik, daha uzunmüddətli razılaşma müzakirə olunur və o maddələrin əksəriyyəti razılaşdırılıb.

Bunu ABŞ Prezidenti Donald Tramp AFP-yə açıqlamasında deyib.

Tramp Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda uzunmüddətli razılaşma üçün möhkəm bir əsasın olduğunu bildirib:

“Bizim 15 maddəlik müqaviləmiz var və o maddələrin əksəriyyəti artıq razılaşdırılıb. Görək bundan sonra nə olacaq. Görək, bunu bacara biləcəyikmi?”

Qeyd edək ki, İran və ABŞ bu gün iki həftəlik atəşkəs elan edib.

Reaksiya.az

Şərhlər