Suriya və Türkiyə İdlibdə azad iqtisadi zona yaradır
17.04.2026 15:54 Dünyadan reaksiya 134
Suriya və Türkiyə rəhbərliyi sənayenin birgə inkişafı üçün İdlib şəhərində və Suriyanın eyniadlı bölgəsində azad iqtisadi zonanın yaradılması ilə bağlı danışıqlar aparır.
Reaksiya.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Suriya ilə Türkiyə arasında regional inteqrasiya üçün əhəmiyyətli imkanlar mövcuddur və Suriya Şərqlə Qərb arasında körpü rolunu oynayır. Hazırda İdlibdə prioritet sənaye sektorlarının birgə inkişaf etdirilə biləcəyi Suriya-Türkiyə azad iqtisadi zonasının yaradılması üzərində işlər aparılır. İdlib Türkiyə sərhədinə yaxınlığı, eləcə də Dəməşq, Hələb və Latakiyaya aparan əsas magistral yolların cəmləşməsi səbəbindən belə bir layihənin həyata keçirilməsi üçün ən optimal bölgədir”, - o bildirib.










Şərhlər