Yəməndə 5 terrorçu öldürüldü

27.08.2015 12:41     Dünyadan reaksiya     1923

ABŞ Yəmənin cənub-şərqində yerləşən Hadramevt vilayətinə havadan hücum zəbələri təşkil edib.

Reaksiya.az xəbər verir ki, hücum nəticəsində Əl-Qaidə terror təşkilatının 5 üzvünün öldürüldüyü bildirilib.

ABŞ 2011-ci ildən bu yana Yəməndə Əl-Qaidəyə qarşı havadan hücum zərbələri təşkil edir. Yəməndə başlayan siyasi böhran səbəbilə Yəmən hökumətiylə birgə aparılan kəşfiyyat əməliyyatları yavaşımışdı.

Qeyd edək ki, Əl-Qaidənin öldürülən lideri Usamə Bin Ladenin müavini Nasir Əl-Vuhayşi iyun ayında təşkil olunan hücumda öldürülüb.

Şərhlər

Çox oxunanlar