Kiyevdə dəhşətli yanğın başlayıb

09.06.2015 15:07     Dünyadan reaksiya     1470

Kiyevin Vasilkov rayonununda yerləşən neft bazasında başlayan yanğını hələ də söndürmək mümkün olmayıb. 

Reaksiya.Az-ın Unian-a istinadən verdiyi məlumata görə, artıq bazada 16 neftlə dolu çən yanır. Hazırda bir çəndəki yanğını nəzarəət altına almaq mümkün olub. Yanğını söndürmək üçün hadisə yerinə Ukrayna Milli Qvardiyasının 400 hərbçisi cəlb olunub. Yanğının köpüklü su ilə söndürülməsi istiqamətində işlər görülər. Eyni zamanda alovun yaxınlıqda yerləşən nəhəng yanacaq ehtiyatına keçməməsi üçün ətraf ərazilər xüsusi qurğularla soyudulur. 

Qeyd edək ki, neft bazasında Ukrayna vaxtı ilə səhərt saat 8 radələrində 50-yə yaxın partlayış baş verib. Bundan sonra isə möhkəm yanğın başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfər isə ağır xəsarət alıb. 

Şərhlər