10 kənd İŞİD-dən azad edildi
27.08.2015 14:20 Dünyadan reaksiya 1991
İraqlı kürdlər Kərkük vilayətində İŞİD-ə qarşı hücuma başlayıblar.
Reaksiya.az xəbər verir ki, onlar terror təşkilatına zərbə vurduqları barədə açıqlama veriblər.
Peşmerge qüvvələrinin verdiyi məlumata görə, Kərkük vilayətində ABŞ döyüş təyyarələrinin dəstəyilə təşkil olunan hücumda 10 kənd İŞİD-in əlindən azad edilib.
Bu zaman peşmərgədən 5 döyüşçünün həlak olduğu bildirilib.
İraqlı kürdlərin komandanı Araz Əbdürrəhman Dakuk qəsəbəsi ətrafında aparılan əməliyyatların məqsədinin Kərkük - Bağdad avtomobil yolunun qorunmaq olduğunu bildirib.
Qeyd edək ki, İŞİD İraqın geniş təbəqələrini 2014-cü ilin iyun ayında başladığı hücümlardan indiyə qədər nəzarəti altında saxlayıb. İŞİD tez-tez şiələri hədəf alan bombalı hücumlar təşkil edir.
Şərhlər