Qaçırılan tələbə qızlardan 500 gündür xəbər yoxdur

27.08.2015 15:03     Dünyadan reaksiya     1968

Boko Haram terrorçularının 200-dən çox qız tələbəni qaçırmasının üstündən 500 gün keçib.

Reaksiya.az xəbər verir ki, qızlar üçün bu gün paytaxt Abujada aksiya keçirilir.

Qeyd edək ki, 14 aprel 2014-cü il tarixində qaçırılan qızların İslam dinini qəbul etdiyi və ailə qurduqları haqqında məlumatlar yayılıb.

Nigeriyalı qızları xilas etmək üçün başladılan "Qızlarımızı Geri Gətirin" (#bringbackourgirls) kampaniyası ölkə xaricində də böyük maraqla qarşılanıb.

Qızların ailələri övladlarının tapılması üçün höküməti kifayət qədər səy göstərməməkdə günahlandırıb.

Şərhlər

Çox oxunanlar