Kiyevə dəhşətli hücum: 6 nəfər hələ də itkindir
02.07.2026 13:18 Dünyadan reaksiya 360
Kiyevdə axtarış-xilasetmə əməliyyatları davam edir. Altı nəfər hələ də itkindir.
Bunu Kiyev meri Vitali Kliçko deyib.
Darnitski rayonunda dağıntılar altında 15 yaşlı qız və ailəsi axtarılır.
Kliçkonun sözlərinə görə, Kiyevə raket və PUA zərbələri nəticəsində yaralananlar arasında tibb işçiləri və təcili tibbi yardım maşınlarının sürücüləri də var.
Mer bildirib ki, xilasedicilər dağıntılar altında ola biləcək insanların səslərini eşitmək üçün vaxtaşırı sükut elan edir və həmçinin xüsusi avadanlıqlardan - hətta ürək döyüntüsünü də hiss edən vibrofonlardan istifadə edirlər.
Qeyd edək ki, Rusiyanın hücumu nəticəsində ən azı 13 nəfər ölüb, Kiyevdə matəm elan edilib.









Şərhlər