Ukraynada silahlar tələbələr üçün susur - VİDEO
27.08.2015 15:18 Dünyadan reaksiya 2229
Ukraynada məktəblərin açılması sülhə nail olub. Münaqişələrə 1 sentyabrda son veriləcək.
Reaksiya.az xəbər verir ki, Ukraynanın şərqində Rusiya meylli separatçılar Ukrayna silahlı qüvvələri ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə Belarusun paytaxtı Minskdə bir araya gəlib.
ATƏT nümayəndəsi Martin Sajdik deyib ki, son görüş 6 ay öncə qəbul edilən sülh planının mühüm tərkib hissəsidir.
İclasda separatçıları təmsil edən Denis Puşilin bildirib ki, kalibri 100 millimetrdən kiçik olan silahlar münaqişə zonasından çıxarılmalıdır.
ATƏT müşahidəçilərinə görə ağır silahların çıxarılması da hələ tamamlanmayıb.
Qeyd edək ki, fevral ayından bəri bölgədə atəşkəs daim pozulur, hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.
Şərhlər