İŞİD daha bir ərazini işğal etdi

27.08.2015 15:57     Dünyadan reaksiya     2833

Bu səhər İŞİD Suriyalı müxaliflərin nəzarət etdiyi Azez rayonunun tərkibindəki Mare qəsəbəsinə kamukadze hücumu təşkil edib.

Reaksiya.az xəbər verir ki, canlı bombayla həyata keçirilən hücum nəticəsində çox sayda müxalif ölüb.

Digər tərəfdən də qəsəbə mərkəzində İŞİD-lə Azad Suriya Ordusu üzvləri arasındakı şiddətli toqquşmalar da davam edir. Münaqişələr nəticəsində ölü və yaralıların olduğu qeyd olunub, çox sayda mülki şəxs isə evlərini tərk etməyə başlayıb.

Keşmir - IŞİD bayraklı protesto

Qeyd edək ki, İŞİD-in əsas məqsədi Azez rayonunu ələ keçirməkdir, ona görə də  mayın 28-dən indiyə kimi Hələbin şimalındakı müxaliflərə hücum təşkil edir.

Şərhlər

Çox oxunanlar