"Hicaz Hizbullahı"nın lideri ələ keçdi
27.08.2015 16:16 Dünyadan reaksiya 1817
19 il əvvəl Səudiyyə Ərəbistanının şərqindəki "əl-Hubar" Amerika bazasına bomba ilə dolu yük maşını ilə edilmiş terror aktının təşkilində ittiham olunan şəxs bu günlərdə krallığın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Reaksiya.az xəbər verir ki, Səudiyyənin "Şərqül-Əvsat" qəzeti həmin şəxsin, yəni Əhməd İbrahim əl-Muqəssilin 19 ildən sonra ələ keçdiyini bildirib.
Səudiyyə mətbuatında 48 yaşlı krallıq təbəəsi Əhməd ibrahim əl-Müqəssil "Hicaz Hizbullahı"nın lideri olaraq təqdim edilir. Onun Beyrutta tutularaq Riyada gətirildiyi qeyd olunur.
Sözügedən hadisə 25 iyun 1996-cı ildə baş verib, həmin hadisədə 19 Amerika əsgəri və bir Səudiyyə təbəəsi ölüb, 372 nəfər xəsarət alıb. Lakin Bil Klintonun prezidentliyi dövründə ABŞ müdafiə naziri olan Uilliam Perri 2007-ci ildə bildirmişdi ki, həmin terror aktı "Əl-Qaidə" tərəfindən təşkil olunub.
Şərhlər