Krasnodara PUA hücumu: 6 ölü, 47 yaralı...
03.08.2026 20:10 Dünyadan reaksiya 159
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərindəki çimərliyə PUA hücum edib.
"Reaksiya.az" xəbər verir ki, bu barədə regionun hakimiyyət orqanları məlumat yayıb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 47 nəfər xəsarət alıb. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib. Yaralılar Gelencik, Tuapse bələdiyyə dairəsi və Qoryaçıy Klyuç şəhərlərindəki tibb müəssisələrinə çatdırılıblar.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən dördünün vəziyyəti ağır qiymətləndirilir.










Şərhlər