Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var
04.08.2026 16:49 Dünyadan reaksiya 225
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla sıx koordinasiya şəraitində həyata keçirdiyi tədbirlər nəticəsində son günlər ərzində 55 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb.
"Reaksiya.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 55 nəfər ölkədən deportasiya olunub.
Qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa tətbiq edilib.









Şərhlər