Rusiya və Belarusla bağlı şok qərar: Beynəlxalq yarışların qapıları bağlandı
18.09.2026 16:41 Dünyadan reaksiya 356
Beynəlxalq Biatlon İttifaqı (IBU) Rusiya və Belarusun üzvlüyünü bərpa etməmək qərarına gəlib.
Qərar IBU-nun sentyabrın 17-dən 20-dək Almaniyanın Berxtesqaden şəhərində keçirilən 17-ci Konqresində qəbul olunub. Rusiya və Belarusla bağlı səsvermə sentyabrın 18-də keçirilib.
IBU üzvlüyün bərpası üçün iki əsas şərt müəyyənləşdirib. Bunlar ölkələrin Ukraynadakı müharibədən məsafə saxlaması və idmançıların, eləcə də federasiya nümayəndələrinin silahlı qüvvələrə cəlb edilməməsidir.
Rusiya Biatlon İttifaqı iyun ayında bu şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənədlər təqdim etsə də, IBU İcraiyyə Şurası tələblərin yerinə yetirilmədiyi qənaətinə gəlib.
Beləliklə, Rusiya və Belarus biatlonçuları 2026/27 mövsümündə beynəlxalq yarışlarda heç bir statusda iştirak edə bilməyəcəklər.









Şərhlər