Putin səs verdi

18.09.2026 16:47     Dünyadan reaksiya     256

Rusiyada bu gün Dövlət Dumasına seçkilərə start verilib.

Seçkilərə ilk olaraq Kamçatka diyarında və Çukotkada start verilib. 

Həmin ərazilərdə seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 18 sentyabr saat 00:00-da) açılıb.

Qeyd edək ki, Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdən əlavə, həm də regional və bələdiyyə seçkiləri keçirilir. Ayrı-ayrı kateqoriya seçicilərə isə erkən səs vermək imkanı yaradılıb. Buraya əsasən ucqar rayonların sakinləri, döyüş əməliyyatları zonasında olan hərbi qulluqçular, həmçinin hərbi vəziyyətin tətbiq edildiyi 12 regionun sakinləri daxildir. 

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə səs verib.

Kremlin Mətbuat xidməti bununla bağlı görüntülər yayıb. 

Rusiya lideri səsvermə hüququndan iş kabinetindən onlayn qaydada istifadə edib.

Qeyd edək ki, V.Putin son illərdir ölkədə keçirilən seçkilərdə onlayn səsvermə imkanından yararlanır.

Dövlət Duması seçkilərində və onlarla birləşdirilmiş digər seçkilərdə əsas səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.

Şərhlər