Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

08.10.2026 15:53     Dünyadan reaksiya     311

Qadınların Ukraynada hərbi xidmətə qeydiyyata alınması və ən azından arxa eşelon vəzifələrinə səfərbər edilməsi "zaman məsələsidir".

"Reaksiya.az" xəbər verir ki, bunu Ali Radanın deputatı Maryana Bezugla deyib. 

"Qadınların arxa eşelon vəzifələrinə işə götürülməsi ilə bağlı düşünürəm ki, bu da zaman məsələsidir", - deyə ukraynalı millət vəkili bildirib.

Avqust ayında Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov qadınların səfərbər olunmasına çağırış etmişdi. Həmçinin, Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev bildirib ki, Kiyev rəhbərliyi Xarkov və Odessa vilayətlərində qadınları səfərbər etməyə başlamağı planlaşdırır. 

Şərhlər