“Ukraynanın yenidən silahlanmasına imkan verəcək atəşkəs olmayacaq”
15.10.2026 18:40 Dünyadan reaksiya 196
“Zelenskinin özünə gəlməsinə və yenidən silahlanmasına imkan verəcək atəşkəs olmayacaq”.
“Reaksiya.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərin keçirilməsi üçün qəbuledilməz şərtlər irəli sürüb.
Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynaya yenidən silah verilməsinə imkan yaradacaq atəşkəsə razılaşması mümkün deyil.
O bu fikirləri Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə Rusiyanın mümkün sülh danışıqlarında güzəştlərə gedib-getməyəcəyi ilə bağlı suala cavabında səsləndirib.











Şərhlər