Lavrovdan 24 saat sonra TƏCİLİ Tehrana GETDİ

20.10.2026 14:15     Dünyadan reaksiya     192

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda Tehranda kritik və sirli diplomatik trafik yaşanır.

"Reaksiya.az" xəbər verir ki, Pakistan Ordusunun komandanı Asim Munir gözlənilmədən İrana rəsmi səfərə gəlib.

Asim Munir Vaşinqtonla Tehran arasında pərdəarxası aparılan məxfi danışıqlarda əsas və ən nüfuzlu vasitəçilərdən biri hesab olunur.

Pakistan ordu komandanının İrana bu gözlənilməz gəlişi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfərindən cəmi 24 saat sonra baş tutub.

İki siyasətçinin ard-arda Tehrana səfəri regionda böyük proseslərin başladığından xəbər verir.

Şərhlər