Vaşinqtondan Tehrana növbəti sərt xəbərdarlıq

07.11.2026 13:33     Dünyadan reaksiya     150

ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə proqramı və Yaxın Şərqdəki hərbi aktivliyi ilə bağlı növbəti kəskin bəyanatla çıxış edib.

"Reaksiya.az" xəbər verir ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri prezident Donald Trampın İran təhlükəsinə qarşı qətiyyətli mövqe nümayiş etdirdiyini bildirib. Rubionun sözlərinə görə, Tramp üçün əvvəlki dövlət başçıları kimi İran problemini görməzdən gəlmək və həllini növbəti administrasiyaya saxlamaq daha rahat olardı. Lakin ABŞ prezidenti bu təhlükə ilə birbaşa mübarizə aparmaq yolunu seçib.

Dövlət katibi vurğulayıb ki, Tehran rejimi yalnız ABŞ-ı məhv etməyi deyil, amerikalıların həyat tərzini da dağıtmağı hədəfləyir.

Rubio ABŞ-ın dünyada ən radikal rejimin kütləvi qırğın silahlarına sahib olmasına heç bir halda göz yummayacağını və bu təhdidin qarşısının qətiyyətlə alınacağını bəyan edib.

Şərhlər