İŞİD-çilərə ağır cəza
28.08.2015 08:00 Dünyadan reaksiya 1759
Misir məhkəməsi polis əməkdaşlarına və hərbçilərə hücum törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının 12 üzvü barəsində edam hökmü çıxarıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, məhkumlardan 6-sı hazırda həbsdə, qalanları isə azadlıqdadır. Məhkumlar İŞİD-in üzvü olduqlarını və terror aktları planlaşdırdıqlarını etiraf ediblər.
Hökmün məhkəmənin sentyabrın 12-də keçiriləcək əlavə iclasında təsdiqlənməsi və ya yumşaldılması gözlənilir.
Şərhlər